İDMAN


Ançelotti, Konte, Alleqri və Mançini İtaliya millisinin baş məşqçisi postuna namizəddir

Bakı, 14 noyabr, AZƏRTAC

İtaliya Futbol Federasiyası (IFF) tez bir zamanda milli komandanın baş məşqçisi Campyero Venturu ilə yollarını ayırmaq istəyir.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, qərar baş məşqçi ilə IFF-nin prezidenti Karlo Tavekko arasında keçiriləcək görüşdən sonra qəbul olunacaq.

İtaliya milli komandasının baş məşqçi postuna namizədlər isə Karlo Ançelotti, Antonio Konte, Massimiliano Alleqri və Roberto Mançinidir.

Xatırladaq ki, İtaliya pley-off mərhələsində İsveçə məğlub olduğu üçün dünya çempionatının final mərhələsinə adlaya bilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.