MƏDƏNİYYƏT


And yerimiz - Azərbaycan bayrağı

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Yasamal rayonu Bayraq parkında və 21 nömrəli tam orta məktəbdə Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva tədbir iştirakçılarına Azərbaycan Respublikasının rəsmi simvollarından biri olan üçrəngli bayrağın ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edildiyini söyləyib.

Bildirilib ki, Dövlət bayrağı 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək, onu Dövlət bayrağı elan edib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı Sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Tədbir Yasamal rayon 21 nömrəli tam orta məktəbdə davam edib. Məktəblilərin bayrağımıza həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra şagirdlərin ifasında şeirlər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.