SİYASƏT


Andre Vilye: Fransanın aşağı və yuxarı palatalarının Azərbaycana qarşı qəbul edəcəkləri bəyanatlar sülhə xidmət etmir VİDEO

Andre Vilye: Fransanın aşağı və yuxarı palatalarının Azərbaycana qarşı qəbul edəcəkləri bəyanatlar sülhə xidmət etmir VİDEO

Paris, 11 noyabr, AZƏRTAC

Fransanın aşağı və yuxarı palatalarının mövqeyi sülh məqsədinə xidmət etmir.

1990-cı illərinə əvvəllərində Azərbaycan xalqı torpaqlarının işğalı ilə üzləşdi. SSRİ-nin iflasa uğradığı vaxtda Ermənistan Azərbaycan torpaqlarının işğal etdi. Münaqişə 30 il davam etdi. BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazisi olan Qarabağın Ermənistan tərəfindən işğalını pisləyən qətnamələr qəbul etdi. 30 ildən sonra Azərbaycan öz ərazilərinin müstəqilliyini bərpa etdi və 1991-ci il SSRİ-nin süqutu zamanındakı sərhədlərinə qayıtdı.

Bu fikirləri Fransa Milli Assambleyasının üzvü Andre Vilye Fransadakı səfirliyimiz tərəfindən təşkil olunmuş Zəfər tədbiri zamanı AZƏRTAC-a müsahibəsində deyib.

Bildirib ki, bu illər ərzində Fransa da ABŞ və Rusiya ilə birlikdə münaqişəni diplomatik yolla həll etməyə çalışdı. Ancaq etiraf etmək lazımdır ki, beynəlxalq diplomatiya buna nail ola bilmədi. Azərbaycan torpaqlarını öz gücü ilə azad etdi. Azərbaycana qarşı Fransa Milli Assambleyasında bəyanat qəbul edildi, buna çox təəssüflənirəm.

Bugünkü beynəlxalq vəziyyət tamamilə fərqlidir. Fransa da bir çox digər ölkələrdə mövcud acınacaqlı beynəlxalq vəziyyətdən çıxış yolu axtarır. Bir tərəfdən Rusiya-Ukrayna müharibəsi, digər tərəfdən isə yanacaqla bağlı çətin vəziyyət. Belə bir vəziyyətdə Senatın qətnaməsi vəziyyəti daha da çətinləşdirəcək.

Avropa İttifaqının rəhbəri Ursula Fon der Lyayen Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyev ilə Azərbaycan qazının Avropa Birliyi ərazisinə ixrac edilməsinin iki dəfə artırılmasına dair razılığa gəldilər. Bu qərar Avropa Birliyi ölkələri və xalqları, xüsusilə də Fransa üçün vacib qərardır.

Dövlət rəhbərinin, hökumətin mövqeyi digər tərəfdən isə Fransa parlamentinin aşağı və yuxarı palatalarının mövqeyinə baxdıqda, paradoksal, ziddiyyətli münasibət görünür. Halbuki, Milli Assambleya və Senat iki ölkə - Azərbaycan və Ermənistan arasında sülhün bərpa olmasına töhfə verməyə, iki ölkənin yanaşmasına töhfə verməyə çalışmalıdırlar. Bu mənim mövqeyimdir və bu istiqamətdə də fəaliyyət göstərəcəyəm.

Münaqişə alovlarını körükləmək vəziyyəti daha da çətinləşdirir və sülhə mane olur. Münaqişə ocaqlarını dayanmadan körükləməkdən əl çəkmək lazımdır. Fransa Senatının Azərbaycana qarşı qətnamə qəbul edəcəyi ilə bağlı xəbər heç də xoş deyil. Əslində, bu qətnamə hətta sadəcə deklarativ xarakter daşıyır və yalnız siyasi bir aktdır. Parlamentin aşağı və yuxarı palatalarının mövqeyi tarazlı deyil, bir tərəflidir və bu sülh məqsədinə xidmət etmir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.