İDMAN


Andres İnyesta İspaniya millisi ilə vidalaşıb VİDEO

Bakı, 2 iyul, AZƏRTAC

“Barselona”nın sabiq futbolçusu və hazırda Yaponiyanın “Vissel Kobe” klubunda forma geyən Andres İnyesta İspaniya milli komandasındakı çıxışını rəsmən başa vurub.

AZƏRTAC xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu qərarı dünya çempionatında səkkizdəbir finalda Rusiya millisinə yenilərək mübarizəni dayandırdıqları oyundan sonra açıqlayıb.

A.İnyesta milli karyerasında son oyuna çıxdığını bildirib: “Həyatımın möcüzəvi fəsli başa çatdı. Təəssüf ki, bəzən hər şey arzuladığımız kimi yekunlaşmır. İspaniya yığması yenidən uğura yol tapmalıdır. Göründüyündən daha çətin olsa da, bunu komandamız bacarar”.

Qeyd edək ki, Andres İnyesta İspaniya yığmasında 2006-cı ildən çıxış edir. O, millidəki 136 oyununda 13 qol və 27 məhsuldar ötürmə verib. Andres 2010-cu ildə İspaniya yığmasının heyətində dünya çempionu və 2008-ci, 2012-ci illərdə ikiqat Avropa çempionu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.