SİYASƏT


Andrey Kortunov: Qafqaz bizim üçün həmişə ortaq məkan olub və belə də olacaq

Bakı, 19 noyabr, AZƏRTAC

Rusiya-Azərbaycan Ekspert Şurasının formatı açıq diplomatiyanın bir növü kimi iki ölkə arasında əlaqələrin inkişafına töhfə verir. Düşünürəm ki, ölkələrimiz arasında qarşılıqlı anlaşmanın, etimadın möhkəmləndirilməsi hazırkı şəraitdə daha mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiya-Azərbaycan Ekspert Şurasının noyabrın 19-da Bakıda keçirilən iclasına videoformatda qoşulan Rusiya Beynəlxalq Məsələlər Şurasının Baş direktoru Andrey Kortunov deyib.

Rus dilinin xalqlarımız arasında anlaşma dili olmasından məmnunluğunu ifadə edən Kortunov bildirib ki, Qafqaz bizim üçün həmişə ortaq məkan olub və belə də olacaq. Qafqaz xalqları öz qonaqpərvərlikləri ilə həmişə fərqləniblər.

Yüz illər ərzində Qafqazda qapalı sistem mövcud olub. Bu da çoxəsrlik problemlərdən biridir.

Qarşılıqlı münasibətlərdə konstruktivliyin əhəmiyyətindən danışan Andrey Kortunov obrazlı şəkildə deyib: “Azərbaycan və Rusiya zamanın və dünyanın axınında eyni gəmidə üzürlər”.

Dünyanın nəhəng güclərindən olan Çinin Rusiya və Azərbaycanla əlaqələrindən bəhs edən Kortunov qeyd edib ki, pandemiyadan sonra əməkdaşlıqda marağı olan ölkələr arasında münasibətlərin yeni dinamikası hiss olunur.

O, həmçinin deyib: “Region diqqət mərkəzində saxlanılmalıdır. Əməkdaşlığımız daha geniş olmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.