MƏDƏNİYYƏT


Andrey Sadovoy: Azərbaycanlı sahibkarlar Lvovun turizm platformasından səmərəli istifadə edə bilərlər

Lvov, 12 fevral, AZƏRTAC

Lvov Ukraynanın ən çox turist qəbul edən şəhərlərindən biridir. 2019-cu ildə Lvova 2,5 milyon turist səfər edib.

Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Lvov şəhərinin meri Andrey Sadovoy məlumat verib.

Mer deyib ki, 73 mindən çox azərbaycanlı turist Lvov şəhərinə səfər edib. “Lvov şəhəri turizmin müxtəlif sahələrinə iqtisadi yatırımların qoyuluşu üçün əlverişli platformadır. Azərbaycanlı sahibkarlar bu platformadan səmərəli istifadə edə bilərlər”, - deyə o əlavə edib.

Mer qeyd edib ki, Lvovdan olan sahibkarların da Azərbaycana sərmayə yatırımı üçün müxtəlif layihələr üzərində iş gedir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Lvov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.