SİYASƏT
Andrey Sklyar: Azərbaycanın strateji tərəfdaş kimi müəyyən edilməsi ölkələrimizin əməkdaşlığında yeni eranın başlanğıcıdır
Kiyev, 18 sentyabr, AZƏRTAC
Ukraynanın milli təhlükəsizliyinə dair qəbul edilən yeni strategiyada Azərbaycanın strateji tərəfdaş kimi müəyyən edilməsi iki ölkə arasında əməkdaşlıqda yeni eranın başlanğıcıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Prezident Ofisinin Xarici siyasət direktoratının nümayəndəsi Andrey Sklyar söyləyib.
Onun sözlərinə görə, pandemiya dövründə də Azərbaycan və Ukrayna qardaş, dost ölkə olduqlarını nümayiş etdiriblər.
“Biz həm regional, həm də qlobal səviyyədə birgə mövqedən çıxış edirik. İki ölkə arasında bütün sahələr üzrə, o cümlədən təhlükəsizlik, siyasi və iqtisadi sahələrdə problem yoxdur. Ticarət dövriyyəsinin artırılması üçün mövcud potensialdan tam istifadə edilməlidir”, - deyə A.Sklyar əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev