SİYASƏT


Andris Ravinş: Prezident İlham Əliyevin Qarabağın dirçəlişi istiqamətindəki fəaliyyətini yüksək dəyərləndirirəm

Bakı, 7 oktyabr, AZƏRTAC

Bizim şəhər də 1944-cü ildə məhv edilmişdi. Alimlər deyir ki, Yelqava şəhərinin 93-95 faizi dağıdılmışdı. Mən Ağdamda eyni mənzərəni gördüm. Belə qısa müddət ərzində şəhərdə aparılan işlərə heyran qalmışam. Mən Prezident İlham Əliyevin Qarabağın dirçəlişi istiqamətindəki fəaliyyətini yüksək dəyərləndirirəm.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ağdam və Bakıda təşkil olunan Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçısı, Latviyanın Yelqava şəhərinin meri Andris Ravinş bildirib.

Yelqava meri qeyd edib ki, Latviyada da “ağıllı şəhər” konsepsiyası tətbiq olunur. O vurğulayıb ki, bu texnologiyaların tətbiqi əhalinin həyat şəraitini yaxşılaşdıracaq, eləcə də ekoloji problemləri həll edəcək. Andris Ravinş əlavə edib ki, belə proqramların icrasında müxtəlif innovativ qərarların böyük köməyi olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.