DÜNYA


“Android” sistemində zəif eşidən istifadəçilər üçün funksiya nəzərdə tutulacaq

Bakı, 6 fevral, AZƏRTAC

“Google” şirkəti “Android” əməliyyat sisteminin eşitmə qüsurlu istifadəçilər üçün iki faydalı funksiyanı nəzərdə tutan yenilənməsini planlaşdırır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər ki, “Live Transcribe” adlanan birinci funksiya “suflyor” rolunu oynayır – smartfon mikrofonlar vasitəsilə həmsöhbətin danışığını “başa düşərək” onu ekranda mətnli şəkildə göstərir ki, bu da onu oxumağa və cavablandırmağa imkan verir. Qallodet Universiteti ilə tərəfdaşlıqda hazırlanan funksiya ilkin mərhələdə 70 dili dəstəkləyir.

İkinci yenilik smartfon və qulaqcığı eşitmə aparatı analoquna çevirərək ətrafdakı səssiz səslərin ucalığını artırmaqla fon səsini azaldan “Sound Amplifier” funksiyasıdır. Süni intellekt ətraf şəraitdən asılı olaraq səsin gücləndirilməsinin və küyün azaldılmasının intensivliyini avtomatik tənzimləyir.

Hazırda “Live Transcribe” funksiyasından beta test proqramı üzrə istifadə mümkündür, “Sound Amplifier” funksiyasını isə “Google Play” əlavələr mağazası vasitəsilə “Android 9” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfona quraşdırmaq olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.