İDMAN


Ənənəvi “Tata Steel Masters-2019” turnirinin birinci turuna start verilib

Bakı, 12 yanvar, AZƏRTAC 

Yanvarın 12-də Hollandiyanın Veyk-an-Zee şəhərində şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turniri start götürüb.

AZƏRTAC xəbər verir ki, 81-ci dəfə keçirilən bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov (2817) və Teymur Rəcəbov (2757) təmsil edirlər. Şəhriyar Məmmədyarov ilk turda amerikalı şahmatçı Samuel Şankland ilə mübarizə aparacaq. Sonrakı turlarda onun rəqibləri Teymur Rəcəbov, Aniş Giri, Yan Nepomnyaşi, Vladimir Kramnik, Maqnus Karlsen, Riçard Rapport, Anand Vişvanatan, Yan Kşiştof Duda, Liren Dinq, Santoş Vidit, Yorden Van Forest və Vladimir Fedoseyev olacaq. Teymur Rəcəbov isə ilk oyununu rusiyalı Vladimir Kramniklə keçirəcək. O, sonrakı turlarda Şəhriyar Məmmədyarov, Riçard Rapport, Aniş Giri, Yan Kşiştof Duda, Liren Dinq, Santoş Vidit, Yorden Van Forest, Vladimir Fedoseyev, Samuel Şankland, Maqnus Karlsen, Aniş Giri, Yan Nepomnyaşi ilə qarşılaşacaq.

İsveçrə sistemi üzrə keçirilən turnirin 12 turu Veyk-An-Zeedə təşkil olunacaq. Beşinci turun partiyaları Alkmar, 10-cu turun qarşılaşmaları isə Leyden şəhərlərində oynanılacaq.

Festival çərçivəsində əsas (“Masters”) turnirlə yanaşı, “Challengers” yarışları da keçirilir. Bu yarışlara da bu gün start veriləcək.

Turnir yanvarın 27-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.