ELM VƏ TƏHSİL
“Ənənəvi söyləyicilik sənəti” kitabı işıq üzü görüb
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun mərasim folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədlinin “Ənənəvi söyləyicilik sənəti” kitabı işıq üzü görüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Şirvan folklor mühiti əsasında yazılmış monoqrafiyada ənənəvi söyləyicilik sənətindən bəhs olunur. Monoqrafiyada söyləyicilik subyekt-janr-mühit müstəvisində araşdırılıb, söyləyiciliyin sənət səviyyəsinə yüksəlməsini təmin edən əsaslar müəyyənləşdirilib.
Söyləyicilik sənəti ilə bağlı folklorşünaslığımızda ilk dəfə monoqrafik səpkidə hazırlanmış bu kitab alim və mütəxəssislər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabın elmi redaktoru Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, "Ön söz"ün müəllifi, professor Asif Hacıyev, rəyçiləri filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy, filologiya üzrə fəlsəfə doktorları Ağaverdi Xəlil, Əziz Ələkbərli və Məhəmməd Məmmədovdur.