CƏMİYYƏT


Əngəl sərhəd tanımaz...

Bakı, 29 noyabr, AZƏRTAC 

Noyabrın 29-da Nizami Kino Mərkəzində “Əngəl Sərhəd Tanımaz” komandasının təşkilatçılığı və “Çarə Sizsiniz” komandasının dəstəyi ilə 3 dekabr-Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Əngəl Sərhəd Tanımaz” qısametrajlı filminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimatda fiziki məhdudiyyətli şəxslər, onların təlimçiləri, bir sıra gənc fəallar və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən gənc təlimçi, “Əngəl Sərhəd Tanımaz” komandasının rəhbəri Həsən Məmmədov və üzvü Adelina İbrahimova çıxış ediblər.

Bildirilib ki, təqdimatın keçirilməsində əsas məqsəd komandanın 1 yaşının qeyd olunması ilə yanaşı, fiziki qüsuru olan şəxslərin cəmiyyətə inteqrasiyasına və işarə dilinin hər kəs tərəfindən öyrənilməsinə nail olmaqdır.

Sonra “Əngəl Sərhəd Tanımaz” qısametrajlı filmi nümayiş etdirilib.

Təqdimatdan sonra “Çarə Sizsiniz” komandasının rəhbəri Ülviyyə Həsrətova, “Deaf Community (işarə dili)” komandasının rəhbəri Nuranə Abıyeva və başqaları film barəsində öz fikirlərini bölüşüb, tədbirin əhəmiyyətindən danışıb və dəstək olanlara öz minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.