DÜNYA


Angela Merkel Aİ sammitində sonuncu dəfə iştirak edib

Berlin, 23 oktyabr, AZƏRTAC

Almaniyanın Federal kansleri Angela Merkel Avropa İttifaqı Şurasının sammitində sonuncu dəfə iştirak edib.

AZƏRTAC xəbər verir ki, Merkel avropalı həmkarları qarşısında çıxışında bu sammitin ondan ötrü yəqin ki, Avropa Şurasının sonuncu tədbiri olduğunu deyib. O, yekun mətbuat konfransında KİV nümayəndələrinə müraciətlə onunla “gecə-gündüz əməkdaşlıq etdiklərinə görə” hamıya təşəkkürünü bildirib.

Jurnalistlərin hesablamalarına görə Angela Merkel öz siyasi karyerası müddətində Avropa İttifaqının 107 sammitində iştirak edib.

Hazırda Almaniyada Merkelin varisliyinə ən ehtimallı namizəd kimi Olaf Şoltsun adı çəkilir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.