DÜNYA


Angela Merkel: Daha əvvəl heç vaxt görmədiyimiz iqtisadi çətinliklər yaşayırıq

Bakı, 30 iyun, AZƏRTAC

Almaniya Kansleri Angela Merkel yeni növ koronavirus (COVID-19) səbəbindən əvvəllər heç vaxt görünməyən iqtisadi çətinliklər yaşandığını söyləyib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Berlindən 70 kilometr məsafədəki Merseberg Sarayında Fransa Prezidenti Emmanuel Makron ilə Angela Merkelin görüşündən sonra birgə mətbuat konfransı təşkil edilib.

E.Makron ilə iki il öncə də Merseberg Sarayında görüşdüyünü, ancaq bu gün çox ciddi bir məsələ üçün bir araya gəldiklərini ifadə edən A.Merkel testlərə baxdıqda, o dövrdəki şərtlər bugünkü problemlərlə müqayisədə nisbətən proqnozlaşdırılan və mülayim idi. O, bir tərəfdən pandemiya, digər tərəfdən bununla əlaqəli olaraq on illərdən bəri həm Almaniya və Fransada, həm də Avropa İttifaqında daha əvvəl heç görmədiyimiz iqtisadi çətinliklərin yaşandığını vurğulayıb.

Almaniya və Fransanın birlikdə iqtisadi çətinliklərin öhdəsindən gəlmək məqsədilə Avropa İttifaqı ölkələri üçün bir xilasetmə fondu təklif etdiklərini xatırladan A.Merkel bildirib: “Bununla Avropa gələcəyimizdir deyirik. Hamımız fərqli ölkələrdən gəlirik, lakin birlikdə daha güclü ola bilərik. Rəqəmsallaşma, iqlim, müharibə və sülh kimi problemli mövzularda dünyada bir rol oynaya bilərik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.