DÜNYA


Angela Merkel: Makronla biz siyasət məsələlərində bəzən güləşçilər kimi savaşırıq

Berlin, 16 may, AZƏRTAC

Almaniya kansleri Angela Merkel bu gün bildirib ki, Fransa Prezidenti Emmanuel Makron ilə o, müxtəlif siyasi məsələləri fərqli mövqelərdən müzakirə edərkən bəzən “güləşçilər kimi savaşırlar”.

AZƏRTAC xəbər verir ki, Merkel jurnalistlərə deyib: “Bəli, bizim aramızda tatami üzərindəkinə oxşar gərgin savaşmalar olur. Bu da təəccüblü deyil, çünki biz çox vaxt müxtəlif mövqelərdən çıxış edirik, lakin sonda əməkdaşlığa çalışır və kompromisə nail oluruq”.

Merkel Brexit məsələsində irəliləyişə nail olmaq, silah ixracını inkişaf etdirmək və iqlim siyasətini necə həyata keçirmək barədə onunla Makron arasında fikir ayrılığını nəzərdə tutaraq deyib: “Məsələn, bu yaxınlarda yenə savaşdıq”.

“Bizim rollarımızı necə anlamaq məsələsində fikir ayrılığı var”, - deyən Merkel son aylarda Makron ilə onun münasibətlərinin pisləşib-pisləşmədiyi barədə sualın cavabında deyib: “Əsla yox”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.