DÜNYA
Angela Merkel: Rusiya ilə münasibətləri bərpa etmək üçün ciddi səy göstərmək lazımdır
Berlin, 3 sentyabr, AZƏRTAC
Rusiyanın iştirakı olmadan Avropada sülhü qoruyub saxlamaq mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın Kansleri Angela Merkel deyib. O, internetdə yerləşdirilən videomüraciətində bildirib ki, biz Avropada sülhə yalnız Rusiya ilə birlikdə nail ola bilərik.
Almaniya Kansleri vurğulayıb ki, NATO ilə Rusiya arasında qarşılıqlı münasibətlərin Əsas Aktının müddəalarının pozulmasına heç vaxt tərəfdar olmayıb. Avropanın təhlükəsizlik və müdafiə siyasəti nöqteyi-nəzərindən Rusiya ilə yaxşı əlaqələrin bərpası üçün ciddi səy göstərilməlidir.
“Buna nail olan zaman danışıqların miqyasını və intensivliyini bərpa etmək üçün başlanğıc nöqtəmiz olacaq”, - deyə Kansler əminliklə bildirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]