DÜNYA


Angela Merkel XDİ-nin rəhbəri postundan imtina etməyə hazırdır

Bakı, 29 oktyabr, AZƏRTAC

Almaniya kansleri Angela Merkel Xristian-Demokratik İttifaqının (XDİ) rəhbəri postundan imtina etməyə hazırdır və dekabr ayında keçiriləcək sədr seçkilərində iştirak etməyəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bununla yanaşı, Angela Merkel Almaniya hökumətinin başçısı vəzifəsində qalmaq niyyətindədir. O öz qərarını Hessendə regional seçkilərin nəticələrinə əsasən XDİ-nin iflasa uğraması fonunda mühafizəkarların idarə heyətinin iclasında elan edib. Partiya həmin seçkilərdə qələbə qazansa da, 2013-cü ildə keçirilən əvvəlki seçkilərlə müqayisədə 11,3 faiz səs itirib.

Qeyd edək ki, Xristian-Demokratik İttifaqının rəhbərlərini seçəcək qurultay dekabrın əvvəlində baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.