DÜNYA


Angela Merkel ölkəsində “siyasi iqlimin sərtləşməsindən” gileylənib

Bakı, 23 oktyabr, AZƏRTAC

Səlahiyyət müddəti başa çatmaqda olan Almaniya Kansleri Angela Merkel ölkəsində “siyasi iqlimin sərtləşməsindən” şikayətlənıb.

AZƏRTAC xəbər verir ki, Merkel bu barədə Suddeutsche Zeitung qəzetində şənbə günü dərc olunmuş müsahibəsində danışıb. “Mən kansler olan vaxt hələ smartfonlar yox idi. Feysbuk bir il idi işləyirdi, tviter isə bir il sonra yarandı. Biz tamamilə dəyişmiş media dünyasında yaşayırıq və siyasi iqlimin dəyişməsi, həmçinin bununla bağlıdır”, - deyə kansler bildirib.

“Miqrasiya böhranı” ifadəsindən nə üçün daim qaçdığını izah edən Angela Merkel deyib: “Bəli, bu düzdür. Mən prinsipcə bu sözdən qaçıram, çünki qaçqın mənim üçün böhran deyil, insandır”.

Qeyd edək ki, Almaniyaya qaçqın axınını bəzən Merkellə əlaqələndirir və bunu ona irad tuturlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.