DÜNYA


Angela Merkel rəsmi tədbir zamanı yenidən özünü pis hiss edib

Bakı, 27 iyun, AZƏRTAC

Almaniya kansleri Angela Merkeli protokol tədbiri zamanı – Prezident Frank-Valter Ştaynmayerin qəbulunda olarkən yenidən güclü titrətmə tutub.

AZƏRTAC xəbər verir ki, NTV telekanalının yayımladığı videoda Merkelin əsməsi aydın görünür. Bir qədər sonra kanslerin titrətməsi dayanıb.

Xatırladaq ki, buna bənzər hadisə iyunun 18-də də baş vermişdi. Həmin vaxt Almaniya kansleri Angela Merkel Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş zamanı dövlət himni səslədirilərkən özünü pis hiss etmişdi. Bundan sonra tərəflər danışıqlara yollanmış və təxminən 1 saat 30 dəqiqədən sonra mətbuat qarşısına çıxmışdılar.

Angela Merkelin G20 sammitində iştirak etmək üçün bu gün Osakaya yola düşəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.