DÜNYA


Angela Merkelin təyyarəsində yaranan nasazlıqda kriminaldan şübhələnirlər

Bakı, 30 noyabr, AZƏRTAC

Almaniya hökuməti kansler Angela Merkelin Buenos-Ayresə uçduğu təyyarədə yaranan texniki nasazlıqda kriminal izin olduğundan şübhələnir.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bunu hakimiyyət strukturunda olan mənbə bildirib.

Bir qədər əvvəl “Airbus A340-300” hökumət təyyarəsinin texniki nasazlığa görə Kölnə məcburi eniş etdiyi və bu səbəbdən Angela Merkelin G20 sammitinin açılışına gecikəcəyi barədə məlumat yayılmışdı. Nəticədə Almaniya kansleri Buenos-Ayresə uçuşunu noyabrın 30-da səhər saatlarında İspaniyanın paytaxtından yerli aviakompaniyanın təyyarəsi ilə adi sərnişin kimi davam etdirib.

“Angela Merkel Argentinaya axşam saatlarında çatacaq, bu, o deməkdir ki, kansler gün ərzində planlaşdırılan tədbirlərdə və görüşlərdə iştirak edə bilməyəcək”, - deyə Almaniya Nazirlər Kabinetindən bildiriblər.

“Die Rheinische Post” nəşrinin məlumatına əsasən, Merkel Köln şəhərində insidenti Almaniyanın müdafiə naziri Ursula fon der Lyayenlə müzakirə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.