REGİONLAR


Anım Günü İsmayıllı, Göyçay, Zərdab, Qobustan və Ağdaşda silsilə tədbirlərlə qeyd edilib

Ağsu, 27 sentyabr, AZƏRTAC

Azərbaycanın hər bir bölgəsində, o cümlədən İsmayıllı, Göyçay, Zərdab, Qobustan, Ağdaş rayonlarında da 27 Sentyabr - Anım Günü silsilə tədbirlərlə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məscidlərdə şəhidlərin ruhuna Quran oxunub, dualar edilib. Rayonlarda Şəhidlər xiyabanları ziyarət edilib, məzarlar üzərinə gül dəstələri düzülüb.

Mərasimlərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə erməni qəsbkarları üzərində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışılıb, şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib.

Şəhidlərə, Vətənə həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Rayonlarda Anım Günü ilə bağlı ağacəkmə aksiyaları da keçirilib.

Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.