Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Anım Günü Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ən yüksək ehtiramın ifadəsidir

Anım Günü Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ən yüksək ehtiramın ifadəsidir

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan çoxəsrlik tarixində dəfələrlə işğala məruz qalsa da, məhz Vətənin qeyrətli övladlarının qətiyyəti və xalqın fədakar mübarizəsi nəticəsində dövlətçilik irsini və müstəqilliyini qoruyub saxlaya bilib. Bu mübarizələrdə xalqımız neçə-neçə igid övladını Vətən uğrunda qurban verib. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini hər zaman yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. “Şəhidlər gününün elan olunması haqqında” 1992-ci il 18 yanvar tarixli qanuna əsasən, 20 Yanvar Şəhidlər Günü elan olunub. Xalqımızın tarixinə qızıl hərflərlə yazılmış şanlı Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr Sərəncamı ilə isə sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi təsis olunub. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 1993-cü il 3 sentyabr tarixli qanunun 1-ci maddəsinin 1-ci abzasına görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin anlayış Qarabağ müharibəsi şəhidini də ehtiva edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Kamran Əsədovun “Anım Günü Vətən müharibəsi şəhidlərimizin əziz xatirəsinə ən yüksək ehtiramın ifadəsidir” sərlövhəli məqaləsində bildirilib. Məqaləni təqdim edirik.

XX əsrin 80-ci illərinin sonları - 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları ilə çıxış edərək ölkəmizə qarşı hərbi təcavüzə başladı. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20 faizini işğal etdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin düşdü. Bu vəziyyət uzun müddət davam etdi. Azərbaycan dövlətinin münaqişənin danışıqlar yolu ilə həll edilməsı təklifləri nəticəsiz qaldı. 2019-cu ildən Ermənistanın rəhbərliyinin mütəmadi verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmağa xidmət edirdi.

Birinci Qarabağ müharibəsi nəticəsində torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün Ermənistan ilə müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli danışıqlar apardı. Beynəlxalq təşkilatların sülh platformaları ilə yanaşı, Azərbaycan region ölkələrinin də münaqişənin həlli istiqamətindəki təşəbbüslərində yaxından iştirak edirdi. Lakin uzun illər ərzində aparılan sülh danışıqları nəticəsiz qalırdı.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq norma və prinsiplərini yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutdu. Ən dəhşətlisi o idi ki, Ermənistan silahlı qüvvələri dinc əhalinin geniş məskunlaşdığı yaşayış məntəqələrini raket və ağır artilleriya qurğularından intensiv atəşə tuturdu. 2020-ci ilin oktyabrında Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən 5 dəfə raket atəşinə tutuldu. Oktyabrın 4-də baş verən ilk raket atəşi bir mülki şəxsin şəhid olması, 30-dan çox günahsız insanın isə yaralanması ilə nəticələndi. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk hücum idi. Oktyabrın 5-də ikinci raket atəşi nəticəsində 3 mülki şəxs yaralandı. Düşmən oktyabrın 8-də Gəncəni üçüncü dəfə raket atəşinə tutdu və xoşbəxtlikdən həlak olan, yaralanan olmadı. Dördüncü raket atəşi isə oktyabrın 11-də baş verdi və nəticədə 10 mülki şəxs həlak oldu, 40-dan çox insan yaralandı. Bu xain hücum atəşkəs haqqında razılaşmanın imzalanmasından bir gün sonra törədildi və atəşkəsin pozulması ilə nəticələndi. Mülki şəxsləri hədəfə alan beşinci və ən ağır raket atəşi isə oktyabrın 17-də baş verdi. Nəticədə hamısı mülki şəxslər olmaqla 16 nəfər həlak oldu, 55 nəfər isə yaralandı. Ümumilikdə Gəncənin raket atəşinə tutulması nəticəsində şəhər infrastrukturuna, mülki şəxslərin əmlakına ciddi ziyan dəydi.

Ermənistanın mülki şəxsləri hədəfə alan raket hücumları nəticəsində həlak olan və yaralananlar arasında azyaşlılar da var idi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu hücumu “Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz soyqırımı aktı” adlandırmışdı.

Ən dəhşətlisi və ikrah doğuran hal odur ki, yaşayış məntəqələrimizi açıq-aşkar raket və ağır artilleriya atəşinə tutan Ermənistan hücumları törətməsini həyasızcasına inkar etməyə çalışırdı. Qarabağdakı erməni separatçılarının rəhbərliyi isə yalnız birinci raket atəşinə görə məsuliyyəti öz üzərinə götürmüşdü. Ermənistan silahlı qüvvələrinin mülki şəxsləri hədəfə alması BMT, Avropa İttifaqı, Türkiyə və bir sıra digər dövlətlər və qurumlar tərəfindən də kəskin şəkildə qınanmışdı.

Buna cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatları zamanı yalnız hərbi təyinatlı hədəflərə atəş açmaqla müharibə qanunlarına və humanizm prinsiplərinə sadiqliyini dəfələrlə sübut etdi. Ümumilikdə 44 gün davam edən Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində demişdi: “Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!... Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!...”.

Otuz ilə yaxın müddətdə həsrətlə gözlədiyimiz Şuşanın azad olunması xəbərini xalqımıza məhz Şəhidlər xiyabanından verən Prezident, Müzəffər Ali Baş Komandan bunun səbəbini həmin müraciətində məhz belə ifadə etmişdi: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!... Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Müharibə qurbansız olmur. Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2907 hərbi qulluqçusu şəhid oldu, 7 hərbçimiz isə itkin düşüb.

Ölkəmizdə şəhidlərin xatirəsinin əziz tutulması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin “Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında” Sərəncamına əsasən, Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edildi. Eyni zamanda, həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Vətən müharibəsində həlak olmuş şəhidlərlə bağlı paylaşımda qeyd etmişdir ki, Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçiblər. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir: “Bu gün mən şəhid ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq tökülmədi - biz tarixi, ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə və yaxınlarına güc və səbir versin! Uca Tanrı Azərbaycanı və Azərbaycan xalqını qorusun!”.

Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il aprelin 12-də Hərbi Qənimətlər Parkında təltif olunan hərbi qulluqçularla görüşdə şəhidlər haqqında və onların ailələrinə ünvanlanan çıxışında demişdir: “Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu. ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı...”.

İkinci Qarabağ müharibəsinin yekunu olaraq kapitulyasiya aktı imzalandı. Bu akt erməni birləşmələrinin Qarabağdan çıxarılmasını nəzərdə tutsa da, Ermənistan bu tələbin yerinə yetirilməsini müxtəlif cəhdlərlə uzatmağa çalışır. Azərbaycan tərəfi dəfələrlə Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan edib.

Münaqişələrin dinc yolla həll olunması barədə Türkiyə və Rusiyanın iştirakı ilə danışıqlar getdiyi halda Ermənistan tərəfi Azərbaycanın sərhədləri boyu terror təxribatlarını davam etdirirdi. Avqustun 3-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi rəsmi olaraq “Qisas” antiterror əməliyyatı keçirdiyini bəyan etdi. Əməliyyat nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatlarının qarşısı qətiyyətlə alındı və Azərbaycan Ordusunun bölmələri mühüm strateji yüksəklikləri nəzarətə götürdü.

Münaqişənin sülh yolu ilə həll edilməsinə mane olan Ermənistan qəsbkar siyasətini hələ də davam etdirir. Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədildi. Ordumuz bu təxribatların da qarşısını qətiyyətlə aldı. Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu şəhid oldu.

Bu gün – Anım Günündə xalqımız Vətən müharibəsində canından keçən qəhrəman Vətən övladlarının xatirəsini ən dərin ehtiramla anır. Anım Gününün təsis olunması Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsinə Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin göstərdiyi ali ehtiramın təsdiqidir. Bunun həm də böyük ictimai-siyasi və mənəvi əhəmiyyəti var. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İftixarla qeyd etmək lazımdır ki, bu gün Azərbaycan xalqının milli vətənpərvərlik hissi olduqca yüksəkdir. Vətən müharibəsində oğullarını itirən atalar qürurla “Vətən sağ olsun!” deyərək, övlad faciəsi yaşayan analar onlara təqdim olunan Azərbaycan bayrağını bağırlarına basaraq əsl vətənpərvərlik örnəyi nümayiş etdirirdilər.

Hər il olduğu kimi, bu il də sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bu günlə əlaqədar ölkəmizin hər yerində şəhidlərimizin əziz xatirəsinin dərin ehtiramla yad olunması üçün anım mərasimləri keçirilir. İllər ötəcək, nəsillər dəyişəcək, ancaq Vətən müharibəsi şəhidlərinin vətənpərvərliyi və qəhrəmanlıqları daim xalqımızın qəlbində yaşayacaq və gələcək nəsillərə örnək olacaq. Onların uyuduqları torpaq and yerimiz olacaq. Hər zaman müqəddəs ruhları qarşısında baş əyərək, əziz xatirələrini hörmətlə anacağıq. Unutmamalıyıq ki, bu gün üzərində yaşadığımız torpağı ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qabiliyyəti və qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin vətənpərvərliyi, şəhidlərimizin öz canlarını, qazilərimizin sağlamlıqlarını Vətən uğrunda qurban verməsi sayəsində qoruyub saxlamışıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb