REGİONLAR
Anım Günü ərəfəsində Şəkidə şəhid ailələri ziyarət olunub
Şəki, 24 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Şəki rayonunda da daim ehtiramla anılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 27 sentyabr – Anım Günü ərəfəsində Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edib, onların ailə üzvləri ilə görüşüb, şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanıblar.
Görüşlərdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açılıb, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr etdiyi, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Anim Günü ilə əlaqədar sentyabrın 27-də Şəki rayonunda da silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.