SİYASƏT


Anım Günü ilə əlaqədar ABŞ-ın 5 ştatında məlumat xarakterli aksiya təşkil edilib

Bakı, 28 sentyabr, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Amerika Azərbaycanlıları Koordinasiya Şurasının idarə heyətinin üzvü, Yuta–Azərbaycan Dostluq Təşkilatının nümayəndəsi Kamran Qarayevin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar ABŞ-ın 5 ştatında məlumat xarakterli aksiya keçirilib.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, LED ekranlı avtomobillər Vaşinqton, Manhettan (Nyu-York ştatı), Los-Anceles, (Kaliforniya ştatı), Boston (Massaçusets ştatı) və Filadelfiya şəhərlərində (Pensilvaniya ştatı) hərəkət edib. Ekranda Qarabağda erməni vəhşiliyi nəticəsində dağıdılmış abidələr, Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan AzTV-nin operatoru Sirac Abışovla Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov barədə məlumatlar və “Şəhidlər ölməz!”, “Şəhidlər heç vaxt unudulmur!”, “Anım Günü!”, “Biz 27 sentyabr Vətən müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq!”, "Azərbaycana ədalət!", “Ermənilərin mədəni irsə qarşı terroru. Qarabağ xanının sarayı”, "Qarabağ Azərbaycandır!", “Vətən var olsun!”, “Biz sülh istəyirik!” və sair şüarlar əks olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.