SİYASƏT


Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi plana əsasən sentyabrın 27-də Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, plana uyğun olaraq hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edib, şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.

Tədbirlər çərçivəsində hərbçilər üçün Vətən müharibəsinə həsr olunan sənədli filmlər və videoçarxlar nümayiş etdirilib, hərbi qulluqçularımız müxtəlif bölgələrdə ağacəkmə aksiyasında iştirak edib.

Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən, xalqımızın qələbədəki rolundan, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələrindən, eləcə də şəhidlərimizin əziz xatirələrindən danışılıb.

Anım Günündə, həmçinin şəhid ailələri və döyüşlərdə sağlamlıqlarını itirən hərbçilərimiz ziyarət edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.