REGİONLAR


Anım Günü ilə əlaqədar Daşkəsəndə silsilə tədbirlər keçirilib

Daşkəsən, 27 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

27 Sentyabr - Anım Günü ilə əlaqədar daşkəsənlilər Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyub. Həmçinin icra başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər şəhid məzarlarını ziyarət edərək, üzərlərinə gül düzüblər.

Sonra Şəhidlər xiyabanının ərazisində ağacəkmə aksiyası keçirilib. Əhəd Abıyev şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və qazilərin qayğıları ilə maraqlanıb.

İcra başçısı rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilərlə birgə Vətən müharibəsi şəhidi Ələsgərov Pərviz Lətif oğlunun 38-ci doğum günü ilə bağlı Mədənçilər qəsəbəsində şəhidin valideynlərinin yaşadığı evdə olub. Görüşdə Pərviz Ələsgərovun döyüş yolundan söhbət açılıb, habelə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri diqqət və qayğıdan danışılıb.

Şəhidin atası Lətif Ələsgərov, anası Aybəniz Ələsgərova və həyat yoldaşı Mətanət Ələsgərova ailələrinə hər zaman göstərilən həssas münasibətə və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Anım Günündə Daşkəsən rayon Heydər Əliyev Mərkəzində şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəb tərəfindən də tədbir keçirilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.