MƏDƏNİYYƏT


Anım Günü ilə əlaqədar İkinci Şəhidlər xiyabanına ziyarət təşkil edilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialının əməkdaşları oxucularla birlikdə 27 Sentyabr – Anım Günü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla anıblar.

AZƏRTAC xəbər verir ki, filialın əməkdaşları şəhid ailələri, qazilər, Qarabağ müharibəsi iştirakçıları ilə görüşüb, onların dərdlərinə şərik olub, qayğıları ilə maraqlanıblar.

Ziyarət zamanı bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Şəhidlərin əziz xatirəsi qəlblərdə daim yaşayacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.