CƏMİYYƏT
Anım Gününə həsr olunan “Zəfərin davamçıları” adlı onlayn görüş təşkil edilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Vətən Müharibəsi şəhidlərinin Anım Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universiteti Fizika fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Zəfərin davamçıları” adlı görüş keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şəhid ailələrinin qonaq olduğu onlayn görüşdə Vətən müharibəsi şəhidlərindən Əlizamin İsgəndərovun qızı Həqiqət İsgəndərli, Azər Şəmilovun oğlu Fədayət Şəmilov və Elçin Alıyevin oğlu Orxan Alıyev ataları ilə bağlı xatirələri, şanlı Zəfər tariximiz haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Görüşün sonunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan videoçarxlar nümayiş olunub.