CƏMİYYƏT
Anım Gününə həsr olunmuş basketbol turniri keçirilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 248 nömrəli tam orta məktəbin basketbol meydançasında 27 Sentyabr – Anım Gününə həsr olunmuş basketbol turniri keçirilib.
İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, basketbol turnirinin nəticəsinə əsasən 1-ci yeri 248 nömrəli tam orta məktəbin komandası, 2-ci yeri 102 nömrəli tam orta məktəbin komandası, 3-cü yeri 115 nömrəli tam orta məktəbin komandası tutublar.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və 248 nömrəli tam orta məktəbin direktoru Xəyyam Fərəcov iştirak ediblər.