İQTİSADİYYAT


Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşların rəsmi açılış mərasimi baş tutub

Bakı, 23 aprel, AZƏRTAC

Heydər Əliyev Beynəlxalq Aeroportunda “Türk Hava Yolları”nın (THY) Bakı-Ankara-Bakı reysinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, THY-nin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas bu reysin iki paytaxt arasında məsafələri qısaltmaq baxımından əhəmiyyətli olduğunu bildirib.

“Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr çox yüksək səviyyədədir. Bu baxımdan siyasilərdən ibarət sərnişin potensialı var. Həmçinin Ankara və ətraf regionlarda təhsil alan tələbələr, ora müalicəyə gedən şəxslər və sair potensial olaraq bizim sərnişinlərimizdir. Uzun müddət idi ki, paytaxtları bir-birinə bağlayan bu reysi açmağı düşünürdük. Nəhayət, bu gün reallaşdırdıq”, - deyə o qeyd edib.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, THY-nin baş direktorunun insan resursları üzrə köməkçisi Abdulkərim Çay, Mülki Aviasiya Agentliyinin beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Elman Ələkbərov və başqa şəxslər iştirak edib.

Qeyd edək ki, “Türk Hava Yolları” aprelin 22-dən etibarən Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşlara başlayıb.

Ankara-Bakı istiqamətində uçuşlar həftənin bazar ertəsi, çərşənbə və cümə günləri təşkil olunacaq. Əks istiqamətdə isə (Bakı-Ankara) reyslər həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçiriləcək. Ankara-Bakı reysi yerli vaxtla 23:45-03:35-də, Bakı-Ankara isə 04:30-06:20-də təşkil olunacaq. Bununla da Türkiyədən Azərbaycana birbaşa aviareyslərin həyata keçirildiyi şəhərlərin sayı 3-ə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.