MƏDƏNİYYƏT


Ankara Film Festivalı açılışa hazırdır

Ankara, 14 aprel, AZƏRTAC

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan Ankara 30-cu Beynəlxalq Film Festivalına hazırlıq işləri başa çatıb.

AZƏRTAC xəbər verir ki, aprelin 18-də açılışı nəzərdə tutulan festival 10 gün davam edəcək. Festivalda bir sıra bədii filmlərin nümayişi ilə yanaşı, yeni ekranlaşdırılan çox sayda qısametrajlı və sənədli filmin təqdimatı keçiriləcək.

Təşkilat komitəsinə 109 sənədli, 170 qısametrajlı film təqdim olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.