DÜNYA


Ankara-Sincan dəmir yolunda qəza baş verib

Ankara, 14 mart, AZƏRTAC

Ankara-Sincan dəmir yolunun Çağlayan hissəsində yanacaq yüklü sisternlərdən ibarət qatar qəzaya düşüb.

AZƏRTAC xəbər verir ki, nəticədə elektrovoz və 4 sistern yoldan çıxıb. Qəza ilə bağlı dəmir yolu bağlanıb. Hadisə yerinə xilasedicilər və əlavə texnika cəlb olunub. Dövlət Dəmir Yolu hadisənin səbəblərinin araşdırıldığını bildirib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.