SİYASƏT


Ankara şəhərində Azərbaycana növbəti dəstək aksiyası keçirilib

Bakı, 10 avqust, AZƏRTAC

Türkiyənin paytaxtı Ankara şəhərinin Ulus rayonunda Azərbaycana dəstək məqsədilə aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün abidəsi önündə baş tutan aksiyada Ankarada yaşayan soydaşlarımız və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Aksiyada çıxış edənlər faşist mahiyyətli Ermənistanın törətdiyi təxribatlarla bağlı tarixi faktları sadalayıb, erməni lobbisinin və onun havadarlarının Azərbaycana və Türkiyəyə, bütövlükdə isə türk dünyasına qarşı yönəlmiş işğalçı, təcavüzkar siyasətini, beynəlxalq hüququn normalarına və bəşəri dəyərlərə zidd davranışını sərt şəkildə pisləyiblər. Natiqlər dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpası, Cənubi Qafqaz bölgəsində ədalətli sülhün bərqərar olması naminə qətiyyətli addımlar atılmasını tələb ediblər.

Azərbaycan və Türkiyənin dövlət bayraqlarının, Tovuz təxribatı zamanı qəhrəmanlıqla həlak olan şəhidlərimizin şəkillərinin və müxtəlif şüarların yazıldığı plakatların nümayiş etdirildiyi aksiyada “Cansa can, qansa qan, biz hazırıq Azərbaycan!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Xocalıya ədalət!”, “Erməni işğalına son!”, “Bir millət, iki dövlət!” şüarları səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.