MƏDƏNİYYƏT


Ankara teatrı Bakı və Gəncədə “Kukuli” ilə balacaları sevindirəcək

Ankara teatrı Bakı və Gəncədə “Kukuli” ilə balacaları sevindirəcək

Bakı, 25 yanvar, AZƏRTAC

“Kukuli” interaktiv-musiqili tamaşa aprelin 22-23-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert zalında və aprelin 24-də Gəncə Dövlət Filarmoniyasında Ankara teatrının təqdimatında nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, üç gün təqdim olunacaq musiqili-interaktiv tamaşa mahnıları, rəqsləri, qəhrəmanları, həyəcanverici mövzusu ilə uşaqlara və böyüklərə möhtəşəm əyləncə vəd edir.

Tamaşanın biletlərini şəhərin bütün kassalarından, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan, www.iTicket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindəki kassalardan əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.