DÜNYA


Ankara və Moskva Suriyadakı son vəziyyəti müzakirə ediblər

Bakı, 29 dekabr, AZƏRTAC

Moskvada Türkiyə və Rusiyanın güc strukturları arasında Suriyada vəziyyətlə əlaqədar geniştərkibli görüş keçirilib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, görüşdə Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov, müdafiə nazirləri Hulusi Akar və Sergey Şoyqu, digər rəsmi şəxslər iştirak ediblər.

M.Çavuşoğlu jurnalistlərə bildirib ki, görüşdə Ankara və Moskvanın yaxın vaxtlarda Suriyada sülhün və sabitliyin bərqərar olunması istiqamətində atacaqları addımlar müzakirə olunub.

S.Şoyqu da iki ölkə liderlərinin İstanbulda Suriya ilə bağlı əldə etdikləri razılaşmaların fonunda həyata keçiriləcək birgə tədbirlərin müzakirə edildiyini, xüsusən ABŞ-ın qoşunlarını bu ölkədən çıxarmaq qərarından sonra Fərat bölgəsində yaranmış vəziyyətin dəyərləndirildiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.