MƏDƏNİYYƏT


Ankarada Əhməd Cavada həsr edilən konsert olub VİDEO

Ankara, 7 iyun, AZƏRTAC

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətlə qardaş Türkiyədə keçirilən silsilə tədbirlər davam edir.

AZƏRTAC xəbər verir ki, bu çərçivədə Ankarada təşkil olunan konsert proqramı Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Konsertdə Azərbaycanın korifey və müasir bəstəkarlarının əsərləri səsləndirilib.

Beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun dirijorluğu ilə Türkiyə Prezident Administrasiyası Simfonik Orkestri və TRT Ankara radiosunun xorunun müşayiətilə Azərbaycanın Xalq artisti Azər Zeynalov, həmçinin solistlər Nigar Cəlilova, Orxan Cəlilov və Xəyyam Məmmədov Əhməd Cavadın sözlərinə bəstələnmiş əsərləri ifa ediblər.

İlk dəfə səslənən əsərlərin böyük rəğbətlə qarşılandığı salonda dillər əzbəri olan “Çırpınırdın Qara dəniz” mahnısının sədaları xüsusi coşqu yaradıb.

Tamaşaçılar rəngarəng ifaları hərarətli alqışlarla ayaqüstə qarşılayıblar.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, TÜRKSOY-un keçmiş Baş katibi Düsen Kaseinov, səfirlər və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Ankaranın Etimesgut rayonu ərazisində yerləşən Türk Tarix Muzeyi və Parkında Əhməd Cavadın əzəmətli heykəli ucaldılıb, adına küçə verilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.