MƏDƏNİYYƏT


Ankarada Əlişir Nəvaiyə həsr olunan konfrans keçirilib

İstanbul, 14 mart, AZƏRTAC

Ankarada, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mənzil-qərargahında böyük özbək şairi Əlişir Nəvainin yaradıcılığına həsr olunan konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov, Türkiyə Böyük Millət Məclisinin deputatı Mustafa Esen, Özbəkistanın Ankaradakı səfiri Alisher Agzamkhadjayev, Əlişir Nəvai Universitetinin müəllimi Nodirbek Jurakuziyev, Qazaxıstandan Oras Sapaşev, İstanbuldan Tülay Köseoğlu və başqaları Əlişir Nəvainin yaradıcılığından danışıblar.

Çıxış edənlər şairin əsərlərini dünya ədəbiyyatının tükənməz xəzinəsi kimi dəyərləndiriblər. Diqqətə çatdırılıb ki, Əlişir Nəvai şəxsiyyəti türk dünyasının parlaq ədəbi siması, xalqlarımızın iftixarıdır. Onun yaradıcılığının tədqiqi və təbliği türk dünyası mədəniyyətinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Konfransdan sonra təqdim olunan bədii proqramda Əlişir Nəvainin əsərlərindən nümunələr səsləndirilib, şeirlərinə bəstələnmiş mahnılar ifa edilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.