SİYASƏT


Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan kursantları arasında idman yarışlarına start verilib

Ankara, 16 aprel, AZƏRTAC

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşünün protokoluna əsasən, aprelin 16-da Ankarada hər üç ölkənin hərbi məktəbləri arasında dostluq idman yarışlarına start verilib. Yarışlarda Azərbaycanı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursant və zabit heyəti təmsil edir.

AZƏRTAC xəbər verir ki, Türkiyə Quru Qoşunları Hərbi Komandanlığının ev sahibliyi ilə keçirilən yarış 3 gün davam edəcək. Yarışlara atletika, futbol, voleybol və digər idman növləri daxildir. Azərbaycan yarışa 36 kursant, 3 zabit və 5 idman müəllimi olmaqla, 44 nəfərlik heyətlə qatılıb.

Əvvəlcə Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün heykəli önünə çələng qoyulub, xatirəsinə ehtiram göstərilib.

Sonra Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Açılış mərasimində çıxış edən Türkiyə Quru Qoşunları Hərbi Məktəbinin rəisi, general İsmayıl Güzəllər təşkil olunan yarışın əhəmiyyətini yüksək dəyərləndirərək bildirib ki, qaliblərin kimliyindən asılı olmayaraq bütün iştirakçılar dost olacaqlar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.