SİYASƏT


Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin komitələri arasında üçtərəfli görüş keçirilib

Ankara, 19 oktyabr, AZƏRTAC

Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Tural Gəncəliyev və Sahib Alıyev daxildir.

Türkiyə Böyük Millət Məclisində keçirilən görüşdə digər heyətlərə TBMM-nin komitə sədri Akif Çağatay Kılıç, Gürcüstan parlamentin komitə sədri Nikoloz Samkharadze rəhbərlik ediblər.

Komitələrin birgə toplantısında regional və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qanunvericilik sahəsində informasiya və təcrübə mübadiləsi, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni əlaqələrin inkişafı və digər məsələlər müzakirə olunub.

Sonda Azərbaycan, Türkiyə və Gürcüstanın parlament komitə sədrlərinin birgə mətbuat konfransı keçirilib.

Qeyd edək ki, Azərbaycanın parlament nümayəndə heyətinin Türkiyəyə səfəri oktyabrın 20-də başa çatacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.