Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib YENİLƏNİB VİDEO

Ankara, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdən sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə birgə mətbuat konfransı təşkil edilib.

Əvvəlcə nazirlər görüşün yekunlarına dair birgə Bəyanatı imzalayıblar.

Sonra nazirlər üçtərəfli görüşün yekunları ilə bağlı fikirlərini bölüşüblər.

Mövlud Çavuşoğlu bildirib ki, 2014-cü ildə əsası qoyulan Azərbaycan, Türkiyə, Türkmənistan üçtərəfli platforması bölgənin inkişafına mühüm töhfələr verib. Bu gün keçirilən görüşdə nəqliyyat və enerji məsələləri gündəlikdəki ən əsas məsələlərdən idi. Nazir Azərbaycan ilə Türkmənistan arasında “Dostluq” yatağı ilə bağlı imzalanan Anlaşma Memorandumundan Türkiyənin məmnunluğunu ifadə edib.

Qeyd edib ki, görüşdə, həmçinin terrorizmlə mübarizə, İslam ölkələri arasında əməkdaşlıq əlaqələrinə dair məsələlər də müzakirə edilib. Görüşün səmərəli keçdiyini söyləyən türkiyəli nazir gələcək əməkdaşlıqla bağlı önəmli təkliflərin olduğunu vurğulayıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Ankarada həm ikitərəfli, həm də üçtərəfli formatda önəmli müzakirələrin aparıldığını diqqətə çatdırıb. Nazir bildirib ki, bu gün Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri bütün sahələrdə ən yüksək səviyyədə inkişaf edir. Dövlət başçılarımızın rəhbərliyi ilə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. 44 gün davam edən Vətən müharibəsi dövründə də Azərbaycan qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin şahidi oldu.

Ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin artıq fəaliyyətə başladığını söyləyən nazir regionda dayanıqlı sülhün təmin olunmasında Türkiyənin rolunu xüsusi vurğulayıb. Bildirib ki, Türkiyənin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində və bərpa-quruculuq işlərində iştirakı, hər zaman olduğu kimi Azərbaycanın yanında olması ölkələrimiz arasındakı münasibətlərin göstəricisidir.

Ceyhun Bayramov görüşdə Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri ilə bağlı da fikir mübadiləsinin aparıldığını bildirib, fevralın 19-da İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin, protokolun imzalanmasının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyindən əminliyini ifadə edib.

Azərbaycanın xarici işlər naziri bildirib ki, üçtərəfli formatda keçirilən görüşdə qarşılıqlı maraq doğurun müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edib ki, görüşdə müxtəlif sahələrlə bağlı bir sıra təkliflər səsləndirilib. Ceyhun Bayramov diqqətə çatdırıb ki, görüşdə ticarət, gömrük, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, təhlükəsizlik və bir sıra digər sahələrə dair məsələlər müzakirə edilib.

Türkmənistanın xarici işlər naziri də çıxışında üç qardaş ölkənin nazirlərinin iştirakı ilə keçirilən görüşdə çox önəmli məsələlərin müzakirə olunduğunu diqqətə çatdırıb. Nazir Azərbaycan, Türkiyə və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsindəki birgə fəaliyyətindən bəhs edib. O, bu gün keçirilən görüşdə siyasi əməkdaşlıqla yanaşı, nəqliyyat, enerji, informasiya texnologiyaları və digər sahələrdə də əlaqələrinin genişləndirilməsi imkanlarının nəzərdən keçirildiyini diqqətə çatdırıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İndiyədək 44 uşaq himayədar ailələrə verilib

Beyləqanda marketdə saxta spirtli içkilər aşkarlanıb

AzTU ilə Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu əməkdaşlığa başlayır

Türkiyə Prezidenti: Su ehtiyatlarının idarə edilməsi və mühafizəsi milli təhlükəsizlik məsələsidir

Finlandiya aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib

“Filologiya və süni intellekt: sözün yeni erası” – ustad dərsi

Məhkəmədə zərərçəkmiş şəxs Madat Babayanı tanıdı: O, “sən türksən” deyib məni təpiklədi

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Münasib Mehdiyev Samuxda dəfn olunub

ADY: Horadiz-Ağbənd dəmir yolunda tikinti-quraşdırma işlərinin 63 faizi tamamlanıb

Ukrayna iqtisadi tərəfdaşlıq üzrə ABŞ ilə imzalanacaq Memorandumun mətnini dərc edib

Birol Akgün: Biz qardaş ölkə kimi Azərbaycanın uğurlarını, Qarabağdakı inkişafı görməkdən çox şadıq

Xəzər dənizi geri çəkilir: ekspertlər həyəcan təbili çalır

Pirallahı Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib

Ağsuda selin dağıtdığı yol bərpa olunur

Qırğızıstanın səfiri: Xankəndində baş verən dəyişikliklər məni heyran etdi

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarının ən yaxşı oyunçusu bəlli olub

Şəhid Ələsgər Mirzəliyevin nəşinin qalıqları Cəbrayılda torpağa tapşırılıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərinə səfər edib YENİLƏNİB   VİDEO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərinə səfər edib YENİLƏNİB VİDEO

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hədəfim gələcəkdə kibertəhlükəsizlik mütəxəssisi olmaqdır

Sabah hava şəraiti əsasən yağmursuz keçəcək

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qarşıdakı planları açıqlanıb

Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək rusiyalı idmançıların adları açıqlanıb

Kamran Əliyev: Pirallahı Rayon Prokurorluğu həm vətəndaş məmnunluğunu, həm də prokurorluq fəaliyyətinin səmərəliliyini artıracaq

“Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 5 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ailə dəyərlərinin transformasiyası: Qloballaşma fonunda çağırışlar

Yeni tədqiqat elektromobillərin “çirkli” tullantıları haqqında məlumat təqdim edib

“Şəki”nin basketbolçusu ən dəyərli oyunçu seçilib

Müdafiə Nazirliyində dövlət qurumları və QHT nümayəndələri ilə görüş keçirilib

Qaya parçaları Quba-Xınalıq yolunu bağlayıb

Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyatlarda 158 şübhəli saxlanılıb

Fərhad Hacıyev: Bu il doktoranturada təhsil alan müsabiqə iştirakçılarının sayında artım var

Türkiyə Böyük Millət Məclisinin millət vəkili cənab Mövlud Çavuşoğluya

FHN Şamaxıda yanğın təhlükəli şadlıq evinin fəaliyyətini dayandırıb

BDU Özbəkistanın Turon Universiteti ilə anlaşma memorandumu imzalayıb

AQTA sədri qida sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşəcək

Media: ABŞ-ın sabiq prezidenti Cozef Bayden çıxışı üçün 300 min dollar istəyir

Akademik İsa Həbibbəyli Manas televiziyasında çıxış edib

Fərhad Hacıyev: Bu il müsabiqəyə ilk dəfə müraciət edən namizədlərin sayı 6577 nəfərdir

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Hüseynov Suraxanıda dəfn olunub

Türkiyə hökuməti Azərbaycanla qaz Sazişini təsdiq edib

Muzey və qoruqlarda “açıq qapı” günüdür

QHT İnkişaf Proqramı çərçivəsində növbəti tədbir Şuşada keçiriləcək

“Prezident Kuboku-2025”: Füzuli sakinləri üçün xüsusi tədbir keçiriləcək

İcraçı direktor: Yeni portal vasitəsilə QHT-lərə göstərilən xidmətlər daha əlçatan olub

Uşaq İncəsənət Festivalında birinci seçim turu başlayır

Türkiyəli ekspert: Beynəlxalq hüquq Qərbi Azərbaycana qayıdış haqqını birmənalı olaraq dəstəkləyir

Xaçmazda qəzada yaralananların vəziyyəti barədə məlumat açıqlanıb  YENİLƏNİB VİDEO

Xaçmazda qəzada yaralananların vəziyyəti barədə məlumat açıqlanıb  YENİLƏNİB VİDEO

Milli Observatoriya beynəlxalq mükafata layiq görülüb

QHT Agentliyinin qrant müsabiqəsinə müraciət sayında rekord göstərici qeydə alınıb

Azərbaycan Astanada keçirilən AI, media və dizayn üzrə yaz məktəbində təmsil olunur

Aygün Əliyeva: Son 4 ildə QHT-lərə 22 milyon manata yaxın vəsait ayrılıb

Türk Tarix Qurumunun sədri: Ermənilər Osmanlı dövlətinə xəyanət ediblər

Əmək müqavilələrinə qanunsuz xitam verilmiş 17 nəfər əvvəlki işlərinə bərpa olunub

“Real Madrid” mövsümün sonunda müdafiəçisi ilə vidalaşacaq

Futzal millisinin sabiq baş məşqçisi: Yenidən Azərbaycanda işləmək istərdim - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Azad olunmuş ərazilərdəki dəyişikliklər, sadəcə, inşaat fəaliyyəti deyil - bu, ədalətin, tarixin və mədəniyyətin bərpasıdır

Müdafiə Nazirliyi: Qazaxıstanlı nümayəndə heyəti Komando və XTQ hərbi hissələrində olublar

Polşa nüvə silahına sahib olmaq istəyir

Cənubi Koreya KXDR-lə sərhəd yaxınlığında gecə təlimləri keçirib

Ceyhun Sultanov: “Neftçi” “Qarabağ”la oyunda asan təslim olmayacaq

FHN: Yağışlarla əlaqədar fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir

Qırğızıstanın və Azərbaycanın Ədəbiyyat institutları ortaq layihənin icrasına başlayıblar

Kukla teatrında “Leylək və Müqəvva” tamaşasının premyerası olacaq

Deputat: Azərbaycan və Gürcüstan münasibətlərini yeni prioritetlər üzrə inkişaf etdirirlər

ABŞ-ın Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb

Lionel Messi dünya çempionatında oynamaq istəyir

Hikmət Hacıyev: Müharibə cinayətləri törətmiş şəxslər şəffaf və açıq məhkəmə prosesinə cəlb olunublar VİDEO

Hikmət Hacıyev: Müharibə cinayətləri törətmiş şəxslər şəffaf və açıq məhkəmə prosesinə cəlb olunublar VİDEO

Azərbaycanda Milli Etalon Vaxtı yaradılır, ölkədə vahid zamanın istifadəsi təmin ediləcək

BANM ilə Koç Universiteti arasında doktorantların hazırlanması istiqamətində müzakirə aparılıb

Ötən il Vəkillər Kollegiyası 5663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərib

Klassika ilə novatorluğun, keçmişlə müasirliyin vəhdəti

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada finalçılar bəlli ola bilər

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib

Azərbaycanda vəkillərin ümumi sayı 2609 nəfərə çatacaq

Ölkə ərazisində havanın kəskin dəyişməsi 800-ə yaxın sığorta hadisəsinə səbəb olub

Anar Bağırov: Dövlət hesabına hüquqi yardıma görə ödənilən vəsait artırılacaq

Ukraynanın Xarkov, Sumı və Dnepr şəhərlərinə hava zərbələri endirilib, ölənlər var

Qarabağ Universitetində Firuz Səxavətin konserti olub

Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrinin Xankəndiyə və Şuşaya səfəri ilə bağlı paylaşım edib

Bu gün Misli Premyer Liqasında XXXI tura start veriləcək

DİN: Ötən gün 7,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan neftinin qiyməti 69 dolları ötüb

Yardımlıda polis əməliyyat keçirib, saxlanılan şəxsdən tapança götürülüb

DİN: Ötən gün vətəndaşların bank kartlarından 51559 manat oğurlanıb

Soydaşlarımız uşu-sanda üzrə IX Gürcüstan çempionatında 8 qızıl medal qazanıblar

Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Mingəçevir Dövlət Universiteti və Türkiyənin Düzcə Universitetinin təşkilatçılığı ilə Beynəlxalq Enerji Forumu keçirilib

Ağstafada Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib VİDEO

Ağstafada Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib VİDEO

Parisdə Azərbaycanın ilk süni intellekti “Şuşa” kompozisiyası nümayiş olunub VİDEO

Parisdə Azərbaycanın ilk süni intellekti “Şuşa” kompozisiyası nümayiş olunub VİDEO

Minskdə azərbaycanlı qəhrəmanlara həsr olunmuş anım tədbiri keçirilib

Volodimir Zelenski: Ukrayna atəşkəsə hazırdır, lakin ərazi bütövlüyü məsələsi müzakirə olunmayacaq

Kiyev və Vaşinqton Ukraynanın mineral ehtiyatlarına dair razılaşma memorandumu imzalayıblar

Gürcüstanda xarici qrantları qadağan edən qanun qüvvəyə minib

İRS jurnalının ərəb dilində yeni nömrəsi işıq üzü görüb

BMT: Üç illik danışıqlardan sonra ölkələr pandemiyalar haqqında tarixi saziş imzalayıblar

Konfrans Liqasında yarımfinalçılar bəlli olub

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub

Azərbaycanın diaspor fəalları Lvovda Pasxa bayramı ərəfəsində humanitar yardım aksiyası həyata keçiriblər