CƏMİYYƏT


Ankarada Azərbaycanın azad edilmiş bölgələrində aparılmış araşdırmanın nəticələrinə dair hesabat təqdim olunub VİDEO

Ankara, 16 may, AZƏRTAC

Türkiyənin paytaxtı Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının “Azərbaycanın işğaldan azad edilmiş bölgələrində həyata keçirilmiş araşdırmanın nəticələrinə dair hesabatı”nın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Türkiyənin Baş Ombudsman Aparatında keçirilən mərasimdə hesabat İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç tərəfindən açıqlanıb.

Türkiyənin Baş ombudsmanı Şərəf Malkoçun rəhbərliyi ilə dörd nəfərlik heyətin 2021-ci il sentyabrın 14-dən 19-dək işğaldan azad olunan Azərbaycan ərazilərinə səfəri əsasında hazırlanan sözügedən hesabat kitab şəkilində nəşr olunub.

Baş ombudsmanı Şərəf Malkoçun ön söz müəllifliyi ilə hazırlanan kitab giriş, bölmələr və nəticədən ibarətdir.

Hesabatda təcavüzkar Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin acı nəticələri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən savaşında qazandığı rəşadətli Qələbə, ərazilərimiz işğaldan azad edilməsindən sonra üzə çıxan və dünya ictimaiyyətinə təqdim olunan erməni vandalizminin izləri, məhv edilən yaşayış məskənləri, eləcə də dini-milli tarixi abidələr, məzarlıq və məscidlər barədə müfəssəl məlumat verilir. Təqdim olunan bütün faktlar maddi sübutlarla və orijinal fotolarla təsdiqini tapır.

Hesabat Türkiyənin Baş Ombudsman Aparatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyası tərəfindən hazırlanıb.

Təqdimatda çıxış edən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç və Azərbaycan ombudsmanı Səbinə Əliyeva təqdim olunan beynəlxalq statuslu hesabatın əhəmiyyətli barədə geniş məlumat veriblər.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti İkinci Qarabağ müharibəsi zamanı da Azərbaycana səfər edib, araşdırıcı missiya təcavüzkar Ermənistanın Gəncə və digər şəhərlərdə mülki əhaliyə qarşı törətdikləri insani cinayətləri sənədləşdirib və bu barədə beynəlxalq səviyyəli xüsusi hesabat hazırlayıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.