DÜNYA


Ankarada “Cümhur ittifaqı”nın izdihamlı mitinqi olub

Ankara, 23 mart, AZƏRTAC

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı” Ankarada izdihamlı mitinq təşkil edib.

AZƏRTAC xəbər verir ki, mitinq martın 31-də ölkədə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil olunub.

Türkiyə Prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan və MHP-nin sədri Dövlət Baxçalı mitinqdə çıxış ediblər. Çıxışlarda əminliklə ifadə olunub ki, Türkiyə seçiciləri martın 31-də düzgün seçim edərək yerli özünüidarəetmə orqanlarını qurub yarada bilən namizədlərə etibar edəcəklər. Diqqətə çatdırılıb ki, namizədlərini qarşılıqlı olaraq dəstəkləyən AKP və MHP terrorizmə, o cümlədən FETÖ-yə və PKK-ya qarşı mübarizədə sonadək bir yerdə olacaqlar.

Qeyd edək ki, “Cümhur ittifaqı”nın Ankara Böyükşəhər Bələdiyyəsinə sədrliyə namizədi Ədalət və İnkişaf Partiyasının təmsilçisi Mehmet Özhasekidir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.