DÜNYA


Ankarada İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 30 nəfər saxlanılıb

Ankara, 30 dekabr, AZƏRTAC

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Ankara şəhərində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirilib.

AZƏRTAC xəbər verir ki, əməliyyat zamanı 30 nəfər şübhəli şəxs saxlanılıb. Həbs olunanlar xarici ölkə vətəndaşlarıdır. Tibbi müayinədən keçirilən bu şəxslər haqqında konkret faktlar üzrə cinayət işi açılıb.

Əməliyyat keçirilən ünvanlarda terror məqsədi ilə istifadə olunan çoxlu sayda vəsait ələ keçirilib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.