DÜNYA


Ankarada İŞİD terror təşkilatının üzvlərinin saxlanılması üçün əməliyyat keçirilib

Ankarada İŞİD terror təşkilatının üzvlərinin saxlanılması üçün əməliyyat keçirilib

Ankara, 3 fevral, AZƏRTAC

Türkiyə polisi Ankarada İŞİD terror təşkilatı üzvlərinin saxlanılması üçün əməliyyat keçirib.

AZƏRTAC xəbər verir ki, terror təşkilatının təbliğatını həyata keçirməkdə olan 27 nəfər şübhəli qismində saxlanılıb.

Dəstə üzvləri İŞİD-ın rəhbər şəxslərindən olan Ebu Hanzala ləqəbli təhlükəli terrorçu Halis Bayuncukun həbsdən azad olunması üçün açıq çağırışlar etməkdə, ictimai yerdə aksiya keçirməkdə və qeyri-qanuni yollarla pul toplamaqda təqsirləndirilirlər.

Faktla bağlı cinayət işi başlanıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.