QAN YADDAŞI


Ankarada Mərkəzi Ordu Evində Xocalı soyqırımına həsr olunan fotosərgi açılıb

Ankara, 11 mart, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən Mərkəzi Ordu Evində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar fotosərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları Komandanı, ordu generalı Ümit Dündar, Hərbi Dəniz Qüvvələri Komandanı, admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri Komandanı, ordu generalı Həsən Küçükakyüz martın 11-də sərgiyə baxıblar.

Sərgi barədə danışan nazir Hulusi Akar deyib: “29 il əvvəl Xocalıda vəhşicə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik. Azərbaycan türkü olan qardaşlarımızın acısı ilə ürəyimizdə yaşamağa davam edirik. Bu qətliamı unutmadıq, unutturmayacağıq! Keçmişi əsla unutmayacağıq, lakin, gələcəyə baxacağıq. Xocalıda öldürülən bütün soydaşlarımıza Allahdan rəhmət diləyirəm.”

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.