DÜNYA


Ankarada NATO-nun komitə sədri ilə görüş olub

Ankara, 7 sentyabr, AZƏRTAC

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ankarada səfərdə olan NATO-nun Hərbi Komitəsinin sədri Stüart Piç ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Müdafiə Nazirliyində keçirilən görüşdə son vaxtlar Şərqi Aralıq dənizində yaranmış gərginlik, bununla bağlı NATO Baş katibinin vasitəçilik cəhdləri, NATO və regional məsələlər müzakirə olunub.

NATO Baş katibinin vasitəçilik təklifinin Türkiyə tərəfindən dəstəkləndiyini ifadə edən nazir Hulusi Akar bildirib ki, onun ölkəsi dəniz qonşularının hamısının Aralıq dənizindən beynəlxalq hüquq normaları çərçivəsində bərabər istifadə olunması tərəfdarıdır. Türkiyə Şimali Kipr daxil olmaqla “Mavi vətən”də bütün hüquqlarını müdafiə etməyi davam etdirəcək.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər görüşdə iştirak edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.