MƏDƏNİYYƏT
Ankarada Nəsiminin 650 illiyi qeyd edilib
Ankara, 11 dekabr, AZƏRTAC
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə Ankarada tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti və Ankaranın Keçiörən rayon bələdiyyəsinin birgə təşkil etdiyi tədbirdə rəsmi şəxslər, qardaş ölkənin paytaxtında yaşayan və fəaliyyət göstərən soydaşlarımız, eləcə də nəsimisevərlər iştirak ediblər.
İki hissəli tədbir “Məndə sığar iki cahan” mövzusunda konfrans və “Nəsimi” tamaşasının təqdimatından ibarət olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:52]
Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər
- 23.04.2024 [13:52]