MƏDƏNİYYƏT


Ankarada Özbəkistanın görkəmli yazıçısı Abdulla Qədirinin yubileyi qeyd olunub

Ankara, 15 mart, AZƏRTAC

Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında Özbəkistanın görkəmli yazıçısı Abdulla Qədirinin anadan olmasının 125-ci ildönümü münasibətilə konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə TÜRKSOY-un fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

TÜRKSOY-un həyata keçirdiyi “Türk dünyasının görkəmli şəxslərinin tanıdılması” layihəsi çərçivəsində reallaşan tədbirdə elm və mədəniyyət xadimləri, Özbəkistanın Ankaradakı tanınmış nümayəndələri, ədəbiyyatsevərlər, türk dünyası ədəbiyyatının tanınmış simaları iştirak ediblər.

TÜRKSOY-un baş katibinin mavini Fırat Purtaş, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Özbəkistanın Ankaradakı səfiri Alisher Agzamkhadjayev və başqaları həyata keçirilən layihənin əhəmiyyəti barədə fikir və mülahizələrini bölüşüb, yazıçının yaradıcılığını yüksək dəyərləndiriblər. Diqqətə çatdırılıb ki, böyük yazıçı “Ötən günlər” və “Çapıcı Abid” romanları, eləcə də “Cinlər məclisi”, “Qadın düşkünü” və s. məşhur əsərləri ilə özbək ədəbiyyatına yeni nəfəs gətirib.

Konfrans panel və bədi hissə ilə davam edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.