CƏMİYYƏT


Ankarada Qarabağ Zəfərinin ildönümünə həsr edilmiş konfrans təşkil olunub VİDEO

Ankara, 14 noyabr, AZƏRTAC

Ankarada 8 Noyabr – Zəfər Günü münasibətilə “Qarabağ Zəfərinin ildönümündə Türkiyə və türk dünyası” mövzusuna həsr edilmiş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlər və Strateji Təhlillər Mərkəzi (TÜRKSAM) tərəfindən təşkil edilən konfransda çıxış edən qurumun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Sinan Oğan Azərbaycanın 44 günlük müharibədəki parlaq Zəfərinin torpaqların işğaldan azad edilməsi ilə yanaşı, türk dünyasındakı inteqrasiya prosesinə yeni imkanlar bəxş etdiyini bildirib.

O, məntiqi mülahizələr və faktlarla əsaslandırıb ki, bu Zəfər Azərbaycan-Türkiyə birliyinin gücünü bütün dünyaya göstərdi. Zəfərdən sonra milliyyətçilik hissləri türk dünyasında yüksələn dəyərə çevrilib. Sinan Oğan qeyd edib ki, türk dünyasının birliyi mənəvi cəhətdən böyük əhəmiyyət kəsb etməklə məhdudlaşmır, türkdilli ölkələr arasında iqtisadi əməkdaşlıq, qarşılıqlı sərmayə qoyuluşları, yeni bazar və iş yeri imkanlarının böyük potensialı var.

Türkiyədə Azərbaycanın yatırımlarının 20 milyard ABŞ dolları məbləğinə çatması bunun qardaşlıq münasibətlərinin qarşılıqlı faydalı əməkdaşlığa çevrilməsinin bariz nümunəsidir.

Natiq noyabrın 12-də İstanbulda təşkil edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türk Şurasının isminin Türk Dövlətləri Təşkilatı adlandırılması və qəbul edilən digər qərarların əhəmiyyətindən də geniş bəhs edib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.