MƏDƏNİYYƏT


Ankarada “Qarabağ” muğam qrupunun konserti başlayıb

Ankara, 12 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü, görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaranmasının 25 illiyi münasibətilə Türkiyənin paytaxtı Ankara şəhərində möhtəşəm muğam konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi, UNESCO üzrə Azərbaycan və Türkiyə respublikalarının milli komissiyaları tərəfindən birgə təşkil olunan konsertdə ölkəmizin “Qarabağ” muğam qrupu musiqisevərlərin görüşünə gəlib.

Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin konsert salonunda təşkil olunan muğam gecəsi Azərbaycandan və qardaş ölkədən rəsmi şəxsləri, Ankara ictimaiyyətinin görkəmli simalarını, o cümlədən bu şəhərdəki soydaşlarımızı bir araya gətirib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.